Bank

Banklar Asossasiyasının sədri: “Biz bunu istəmirik”

İlin sonuna bir ay qalır və Azərbaycanın bank sektorunda artım dinamikası izlənsə də problemli kreditlərin həcmi yüksək olan, kapital çatışmazlığı yaşayan maliyyə qurumları da var. Müsahibimiz Azərbaycan Banklar Assossasiyasının sədri Zakir Nuriyevdir.  

-    Azərbaycanda problemli kreditlərin həcmində nəzərə çarpan bir azalma yoxdur. Bankların özünün bu istiqamətdə hansısa addımlar atması mümkündürmü? 

-    Azərbaycanda 1,7 milyard manat həcmində problemli kreditlər var. Eyni zamanda Məhkəmə Qərarları Baş İdarəsində 400 mindən çox məhkəmə icrasını gözləyən qərarlar mövcuddur. Demək olar ki, qərarların sayının əvvəlki illərlə müqayisədə azalması müşahidə edilir. Yəni, vətəndaşların bir çoxu öz borclarına xidmət etmişlər və böyük həcmdə kreditlər banklar tərəfindən restrukturizasiya edilmişdir. Banklar mümkün ola biləcəyi qədər müştərilərlə müvafiq olaraq kreditin ödənilməsində anlaşıblar. Belə olduğu halda toksit aktivlərədə azalmasına xidmət göstərib.

   - Amma göstəricilərdə azalma yoxdur...

-    Həcmlərdə xüsusi bir dəyişiklik baş verməyib. Ona görə ki, həllini tapmış fiziki şəxslərdə olan kiçik həcmli kreditlərdir. İri kreditlərdə isə bu daha ağır gedən prosesdir. Çünki burada girov qoyulmuş əmlakların reallaşdırılması prosesi var. Kreditlərin həcmində say olaraq ciddi azalma mövcuddur. 

-    İlin sonuna bank sektorunun aktivlərinin həcmi barədə proqnozunuz varmı, nə qədər ola bilər?

-    Hazırda bankların cəmi aktivlərinin həcmi 29 milyard manat təşkil edir. Tendensiya da onu göstərir ki, artım davam edir və ilin sonuna doğru göstəricilərin daha da artacağı gözlənilir. 

-    Zakir müəllim, bankların likvid vəsaitləri çoxdur, ancaq kredit vermək üçün Azərbaycanda biznes potensialı zəifdir. Ona görə də bankların Mərkəzi Bankdakı məcburi ehtiyatlarının həcmi kəskin artmaqda davam edir. Bu durumda Azərbaycan bankı nədən qazanır?

- Bəlli bir iqtisadiyyatın dəyişməsi baş vermişdir. Burada tək Azərbaycan bankları deyil, eyni zamanda xarici bank filialları da öz fəaliyyətlərini mümkün qədər məhdudlarşdırır və daxili proseslərin təkmilləşməsinə, bazarda gedən proseslərə zaman ayırırlar. 2018-ci ildə bankaların inkişafı artmışdır. Təbii ki, doğrudur bu dövr ərzində bankalarda likvid vəsaitlər yığılıb. Likvid vəsaitlər banklar arasında bərabər bölünməyib. Mühüm məsələ ondan ibartdir ki, banklararası bazar inkişaf etdirilsin və bu likvidlərin bölünməsi imkanı yaradılsın. Yüksək likvid aktivlər ehtiyac olan tərəfə hərəkət etmiş olsun. Eyni zamanda krizdən sonra dönəmdə banklar da yeni tətbiq olunmuş normalarla öz fəaliyyətlərini yenidən qururlar. Biz heç bir zaman deyə bilmərik ki, banklar 2013-2014-ci illərdəki kimi kredit vermiş olsunlar. İqtisadiyyatda təşviq mexanizmlərinin işə düşməsi lazımdır.

Təşviq mexanizmiləri də daha çox bu gün yeni vergi məcəlləsi müzakirə olunur və s. Məqsəd budur ki, bu cür qanunlar üzərindən iqtisadiyyat daha çox stimullaşdırılsın ki, biznes bank sektorunda olan vəsaitləri qəbul etsin. Bank sektorunda problem o zaman yaranır ki, likvidlik olmasın. Bu gün bank sektronun problemi yoxdur, çünki, izafi likvidliyi var. İzafi likvidliyin bölünməsi və bölünmüş olan bu likvidliyin iqtisadiyyata ötürülməsi məsələsini bir tərəfdən qanunvericilik, digər tərəfdən isə iqtisadi keçiriciliyin aşağı düşməsi məhdudlaşdırır. 

Hazırda İpoteka və Zəmanət Fondu bəlli müştəri qruplarına zəmanət təqdim edir. Banklar aktiv olaraqdan onların kreditləşməsinə başladılar. Bunun kritik həcmə yığışması üçün bir zamana ehtiyac var. Hazırda bu proses gedir, Özəl Kredit Bürosu, İpoteka və Zəmanət Fondu və Daşınar Əmlak reysterinin işə düşməsi ilə yəni, bütün bu infrastruktur elementlərinin fəaliyyəti banklardan iqtisadiyyata pulun ötürülməsi mexanizmini təkmilləşdirib. İqtisadiyyat canladıqca pul qəbul etməyə malik olur. 

-    Bankların yeni bir birləşməsi ola bilərmi?  

-    İnkişaf etməkdə olan bütün bazarlarda bankların konsoldasiya etməyi müzakirə olunur. Belə imkan yarandığında konsoldasiya prosesi müzakirə olunur. Biz ilin əvvəlində qeyd etmişdik ki, belə bir bankın konsolidasiya ola bilər. Artıq "Nikoil Bank" və "TBC Kredit" arasında belə bir razılaşma haqqında bəyanat yayılıb. 

-    İlin sonuna bank sistemi yeni bir bank itirə bilərmi?

- Bu sualı Mərkəzi Banka və Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanlasanız yaxşı olar. Amma biz bunu istəmirik və tərəfdarı da deyilik.

-    Bəzi banklarda kapital azlığı problemi həll olunmayıb...

-    İlin əvvəli ilə müqayisədə bankların kapitalı artmışdır. Səhmdarlar əlavə kapital hesabına və ya öz mənfəətini kapitala yönləndiriblər. Hazırda 4,1 milyard manat həcmində bankların kapital bazası mövcuddur. 

-    Siz həm də “Rabitəbank”ASC-nin səhmdarısınız. Azərbaycanda bank sektorunun gəlirliyi kəskin düşüb. Maraqlıdır ki, Zakir müəllim yenidən Azərbaycanda bank açardı?

-    Bu gün üçün inkişaf etmiş bazarlarda belə insanlar daima yeni bankların açılmasını mümkün sayırlar və bunu edirlər. Azərbaycan maliyyə bazarının gələcək prespektivləri var və düşünürəm ki, bank açmaq da olar. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department