"Almaniyadakı insanların 60 - 70 faizi virusa yoluxa bilər"
Almaniya mətbuatında yer alan xəbərə görə, Baş nazri Angela Merkel, mətbuata bağlı keçirilmiş Xristian Birlik (CDU/CSU) partiyalarının Məclis Qrupu yığıncağında koronavirus epidemiyasına dair danışıb.
ENA.az xəbər verir ki, yığıncaqda iştirak edənlərə istinadən verilən xəbərlərə görə, Merkel Almaniyanın koronavirusla mübarizəsinin uzun müddət davam edəcəyini bildirib.O, "Almaniyadakı insanların 60 - 70 faizi virusa yoluxa bilər" deyib.
Merkel, virusun yayılmasını yavaşlatmaq üçün daha çox tədbirin ləğv edilməsi lazım olduğunu bildirib.
Robert-Koch İnstitutunun məlumatlarına görə, ölkədə indiyə qədər 1296 adamda Covid-19 təsbit edilib, 2 nəfər ölüb.