Valyuta hərracından sonra banklarda DOLLAR UCUZLAŞDI
Valyuta hərracı nəticəsində bazara 323 milyon dolların buraxılmasından sonra banklarda dolların qiyməti düşdü. ENA.az xəbər verir ki, hətta hərraca qədər dollar satışını tam şəkildə dayandıran banklar belə günortadan sonra satışa başlayıblar. Maraqlıdır ki, əksər banklar hazırda dolları 1.7025-ə satdıqları halda, yalnız dövlət qurumu olan Azərpoçt məzənnəni 1.7030-da saxlayıb.
Eləcə də bax: Mərkəzi Bankdan TƏCİLİ valyuta satışı açıqlaması
ENA.az xəbər verir ki, artıq 500 dollar alış şəxsiyyət vəsiqəsilə həyata keçirilir və bəzi banklar, xüsusən də “exchange bank” kimi tanınanlar nəhayət günortadan sonra satışa 300 dollarla başlayıblar. Bankların dollar satışını nizamlamaq üçün şəxsiyyət vəsiqəsi tələb etməsi isə “qara bazar”ın qarşısını almaq məqsədi daşıyır. Hazırda bir bankdan dollar alan şəxs həmin bankın digər filiallarından alış edə bilmir.
Tənzimləyici qurumlar da öz növbələrində banklara ajiotaj yaratmamağı tapşırıblar. Bankların tələbatın artması ilə əlaqədar resurslarını orumaq üçün ehtiyatlı davranmaları da normaldır. Ona görə də dollar satışında prioritet bankların müştərisi olan sahibkarların idxal-ixrac əməliyyatlarını aparmaq üçün xarici valyutaya olan ehtiyacının qarşılanmasıdır.