MALİYYƏ

Mərkəzi Bankdan TƏCİLİ valyuta satışı açıqlaması

"10 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilmiş valyuta hərracında 323,2 milyon ABŞ dolları məbləğində təşkil etmiş tələb tam şəkildə təmin edilmişdir".

ENA.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilir. 

"Eyni zamanda, bankların nağd valyutaya olan tələbləri də tam təmin olunmuşdur",- məlumatda deyilir.

Qeyd edək ki, uzun müddətdir Mərkəzi Bank valyuta hərracından sonra satılmış həcmi açıqlamırdı. 

Xatırladaq ki, Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin yanvar ayı ərzində 300,2 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Bu gün bir hərracda 323,2 milyon ABŞ dolları məbləğində ABŞ valyutasının satılması bankların tələbinin artdığına işarədir. 

Xəbər verdiymiz kimi, 10 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department