“Manatın ucuzlaşdırılması ilə bağlı təklifləri dəstəkləmirəm”
“Bəzi iqtisadçı həmkarlarımın manatın ucuzlaşdırılması ilə bağlı təkliflərini dəstəkləmirəm”.
Çox ciddi siyasi, iqtisadi və institusional islahatlarla dəstəklnəmədiyi tədqirdə məzənnə siyasətilə manevrlərin iqtisadiyyata dağıdıcı zərərləri faydalarından qat-qat artıq olur.
“Marşal-Lerner yanaşması əsasında ekspert qrupumuzun bir dəyərləndirməsi var, 2019-cu ilin nəticələrinə əsasən qiymətləndirdikdə manatın 2015-ci ildəki kəskin ucuzlaşmasının ölkənin qeyr-neft ixrac potensialının (istər əmtəələr, istərsə də xidmətlər baxımından) güclənməsi, idxal asılılğının azaldılması ilə bağlı ciddi təsirləri olmadı. Tədiyyə balansının qeyri-neft struktuna, qeyri-neft defisitinin dinamikasına baxın, mən deyəni aşkar görəcəksiniz.
Əksinə devalvasiya hər cür əmtəə və xidmət çeşidinin idxalından yüksək asılılığımız olduğu şəraitdə kəskin və dağıdıcı inflyasiya yaradır, qazancları manatla, öhdəlikləri xarici cinsdən olan valyuta ilə olan bütün subyektləri iflas zolağına salır”.
Ekspert devalvasiyaya getməkdənsə üzən məzənnəyə keçidin tərəfdarı olduğunu deyir. Bunun üçün bir sıra siyasi, iqtisadi və institusional addımlar atılmasını vacib sayır.
Ekspertin dedyinə görə bura daxildir:
1) Ölkədə iqtisadi-inhisarçılıq kökündən dağıdılmalıdır, məmur sahibkarlığı heç bir halda olmamalıdır. Avtonom və parlament qarşısında hesabatlı olan Antiinhisar Agentliyi yaradılmalıdır;
2) Nəticəəsaslı büdcəyə keçid maksimum 2-3 il ərzində tam başa çatıdırlmalıdır;
3) Parlamentin büdcə səlahiyyətləri maksimum artırılmalı, icra hakmiyyətinin büdcə səlahiyyərləri maksimum məhdudlaşdırılmalıdır;
4) Dövlət satınalmaları ən yüksək səviyyədə şəffaflıq və hesabatlılıq təmin edilməli, bu sahəyə məsul agentlik avtonom olmalı və parlament qarşısında hesabat verməlidir;
5) Azad və ədalətli yeni parlament yaradılmalıdır;
6) Əksmərkəzləşmə konsepsiyası qəbul edilib bölgələrin iqtisadi müstəqilliyi artırılmalıdır, maliyyə əksmərkzələşməsi baş verməlidir.
7) Səmərəli fond bazarı formalaşdırılmalı, investisiya institutlarının fəalliyyəti üçün əlverişli mühit olmalıdır.
Rövşən Ağayev
iqtisadçı-ekspert