"Neft qiymətləri tarixi enişə keçəcək"
Beynəlxalq Enerji Agentliyinin (UEA) sədri Fateh Birol, "Neft qiymətləri tarixi enişə keçəcək, ixracatçılar böyük problem yaşayacaq" deyib.
ENA.az xəbər verir ki, Birol, "2009-dan bəri ilk dəfə dünya neft tələbində azalma olmasını gözləyirik. Tələbdə gözlənilən azalma və təklifdə artım neft qiymətlərini salacaq. Dünya iqtisadiyyatı çox çətin bir dövrdən keçəcək. Səudiyyə Ərəbistanı, Rusiya kimi ölkələrin ehtiyatları daha böyük olduğu üçün bu çətinliklərə dözmə müddətləri daha uzun ola bilər. Ancaq bu qiymətlər bu ölkələr üçün də əlverişli deyil. Aşağı neft qiymətləri əbədi davam etməyəcək, amma bir müddət bizimlə olacaq. Ancaq bu anda dünyanın bir nömrəli məsələsi koronavirusdur" şəklində danışıb.
Fateh Birol, "Böyük neft istehsalçılarının verdiyi qərarlar onlara yarayacaqmı, bilmirəm. Böyük neft istehsalçısı ölkələrin verdiyi qərarlar Rus ruleti oynamaq kimidir. Ancaq neft bazarında sağlam fikir qalib gələcəkdir" şərhini edib.