Gəncədə partlayış: Dağıntılar altında qalanlar var
Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub.
"BI" xəbər verir ki, hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.
Nəticədə 3-cü blokun bir hissəsi çöküb.
İlkin məlumatlara görə, dağıntılar altında qalanlar var.
Faktla bağlı araşdırma aparılır.