Qeyri-Bank

Azərbaycanda 1 milyondan çox vergi ödəyicisi var

Bu ilin martın 1-nə Azərbaycanda 1 070 492 vergi ödəyicisi olub. 

Məlumata görə, bunun 927 427-si, yaxud 86,6%-i fiziki şəxslər (fərdi sahibkarlar), 143 065-i, yaxud 13,4%-i isə hüquqi şəxslər - şirkətlər və digər təşkilatlardır. 

Ötən il martın 1-i ilə müqayisədə ölkədə vergi ödəyicilərinin sayı 82 334 vahid, yaxud 8,3% artıb. Bu artımın 66 673-ü və yaxud 81%-i fiziki şəxslərin, 15 661-i, yaxud 19%-i isə hüquqi şəxslərin hesabına baş verib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)