"Evdən işləyəcəklər" - SOCAR koronaya görə işçilərini evə buraxdı
SOCAR şirkəti korona virusa görə işə gələn əməkdaşlarını bu gün evə buraxıb. SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov bu məlumatı ENA.az-a təsdiqləyib:
“Bu profilaktik tədbirlərdir və əsasən də insanların çox toplaşdığı yerlərdə, məsələn ofis şəraitində xəstəliyə yoluxma riskini minimum azaltmaq məqsədi daşıyır. İşçilərə təklif olunub ki, kompüter avadanlıqlarını götürüb evdən işləsinlər. Skayp üzərindən iclaslar təşkil olunsun, yəni bir otaqda çox adam yığışmasın.Virus yayılmış ölkələrdən gələn əməkdaşlar isə 2 gün ərzində işə çıxmayaraq SOCARın hesabına müayinədən keçəcəklər”.
Eləcə də bax: “Dərslər bir ay dayandırla bilər” - İctimai Şuranın məsul katibi
İ.Əhmədov onu da bildirib ki, əməkdaşlara virusun yayıldığı xarici ölkələrə getməmək tövsiyyə olunub. Bir sözlə ölkədə virusun yayılmasının qarşısını almaq üçün SOCAR ciddi tədbirlərə başlayıb.