Azərbaycanda özəl bankların kredit qoyuluşunda payı 81%-i keçib
Bu il fevralın 1-nə Azərbaycanda kredit qoyuluşu 15 milyard 514 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, yanvarın 1-i ilə müqayisədə 1,4% çoxdur.
Kredit qoyuluşunun 2 milyard 533 milyon manatı, yaxud 16,3%-i dövlət banklarının, 12 milyard 583 milyon manatı, yaxud 81,1%-i özəl bankların, 397 milyon manatı, yaxud 2,6%-i isə bank olmayan kredit təşkilatlarının (BOKT) payına düşüb.
Aylıq müqayisədə dövlət banklarının payı 0,4 faiz bəndi azalıb, özəl bankların payı 0,4 faiz bəndi artıb, BOKT-ların payı isə dəyişməyib.