Sahibkarlar koronavirusa görə işçilərin temperaturunu tez-tez yoxlasın: Moskva meri tapşırıq verdi
Rusiyanın paytaxtında sahibkarlara mütəmadi olaraq koronavirus səbəbindən işçilərinin temperaturunun yoxlanılması barədə tövsiyələr verilib.
Lenta.ru yazır ki, bu barədə Moskva meri Sergey Sobyanin özünün bloqunda məlumat verib.
Bundan başqa, hər gün bağça və məktəblərdə uşaqların temperaturu ölçülür. Həmçinin, Moskva metropolitenində seçmə üsulu ilə sərnişinlərin qızdırmalı olub-olmadığı yoxlanacaq.
Qeyd edək ki, Moskvada koronavirusa ilk yoluxma halı qeydə alınıb. Buna qədər isə dörd rusiyalıda ölümcül virus aşkarlanıb.