Vakansiyalar

Direktor köməkçisi vəzifəsinə işçi axtarılır - VAKANSİYA

TEXNOMART MAĞAZALAR ŞƏBƏKƏSİ

Direktor köməkçisi

Namizədə tələblər

• Ali təhsil
• Bu sahədə ən azı 2-3 il iş təcrübəsi
• Azərbaycan və ingilis dilini yaxşı səviyyədə bilməli, rus dili arzu olunandır
• Yaş həddi 23-35
• Komandada işləmə qabiliyyəti, ünsiyyət və təqdim etmə bacarığı.

Vəzifələr

• Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək.
• Lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək.
• Direktorun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını görmək.
• Şirkətin quruluş bölmələrinin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə Şirkətin Direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək.
• Direktorun qərarlarının icrasına nəzarət etmək.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV hr@srgroupco.com elektron ünvana təqdim edə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department