Elm və Texnologiya

“Azərkosmos” dünyanın 20 ölkəsinə xidmət İXRAC EDİB

2020-cu ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 20 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən  verilən məlumata görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 79 faizini təşkil edib.

“Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department