Rəsmi

İranla sərhədin bağlanması istiqamətində danışıqlar aparılır - RƏSMİ

Azərbacanın koronavirusla bağlı bəzi ölkələrlə sərhədləri bağlana bilər.

ENA.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə tədbirlər görülür:

"Azərbaycana koronavirusun keçməsinin qarşısının alınması üçün bütün lazımi addımlar atılır. Hazırda Azərbaycanın bu xəstəlik aşkarlanan ölkələrlə sərhəddi bağlaması istiqamətində çox yüksək səviyyədə danışıqlar aparılır. Danışıqların nəticəsi olaraq bu barədə qərar veriləcək".

Qeyd edək ki, Azərbaycanın cənub qonşusu İran koronavirusun ən çox yayıldığı ölkələrdən biridir. Artıq bu ölkədə onlarla insan bu virusdan dünyasını dəyişib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department