Banklara 2 min nəfər işçi götürüblər – RƏQƏMLƏR AÇIQLANDI
2020-ci ilin Yanvar ayında Azərbaycanın bank sektorunda işləyənlərin sayı 112 nəfər artıb.
ENA.az Mərkəzi Banka istinadən xəbər verir ki, 31 Yanvar 2020-ci il tarixinə bank sektorunda işləyənlərin sayı 19 min 572 nəfər təşkil edib. Ötən ilin sonunda bu say 19 min 460 nəfər idi.
2018-ci ilin sonundan ötən dövr ərzində bank sektorunda işləyənlərin sayı 2 min 157 nəfər artıb.