Birja

Neftin ucuzlaşması 2011-ci ildən bəri ən yüksək tendensiya göstərib

Brent markalı neftin qiyməti 2018-ci ilin dekabrından bəri ilk dəfə bir barrel üçün 50 dollardan aşağı düşdü.

ENA.az xəbər verir ki, may fyuçersləri 49,93 dollar/ barelə satılıb. Bu isə əvvəlki ticarət sessiyasının bağlanışındakı qiymətdən 3,5% azdır.

Nyu-York əmtəə birjasında (NYMEX) gedən elektron ticarətdə WTI fyuçerslərinin qiyməti günortadan sonra 4% azalaraq bir barel üçün 45,22 dollara düşüb.

Qeyd edək ki, bu həftənin əvvəlindən neftin qiymətindəki ucuzlaşma 14%  təşkil edib və bu tendensiya 2011-ci ildən bu yana ən yüksək göstəricidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)