Bakı Beynəlxalq Avtovağzal Kompleksinin direktoru dəyişib
“Bakı XXI Əsr” MMC-nin direktoru vəzifəsinə Səidə Əflatun qızı Baxşıyeva təyin edilib, o bu vəzifədə İsmayıl Əliyevi dəyişib.
Bu barədə Azərbaycanın kommersiya təşkilatları reyestrində deyilir.
Səidə Baxşiyeva “Shahdag Hotel Company”, “Yeni İntourist Hotel Company”, “Yeni Bilgəh Hoteli”, “Baku Boulevard Hotel Company” və “Baku Hospitality Company” şirkətlərinin də rəhbəridir. Bu şirkətlər "Absheron Holtel Group"a daxildirlər.