Bakıya 300 ədəd BMC avtobusları gətiriləcək - MÜQAVİLƏ
Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) 300 ədəd avtobusun tədarükçüsünü seçib.
"BI" xəbər verir ki, 300 ədəd avtobusun tədarükü ilə bağlı elan edilmiş tenderin qalibi «BMC Otomativ Sanaye ve Ticaret A.S.» şirkəti olub. 2018-ci il oktyabr ayının 23-də şirkətlə müqavilə bağlanılıb.
Eləcə də bax: Bakıda yeni xəttə buraxılan avtobusda qəza - FOTO
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.