“Finans Lizinq”in rəhbərliyinə yeni təyinat olub
“Finans Lizinq” ASC-nin Müşahidə Şurasına yeni sədr təyin edilib.
Bu barədə şirkətdən məlumat verilib.
Məlumata görə, sözügedən vəzifə indiyə qədər hüquqşünas kimi fəaliyyət göstərən Oğul Kərimova həvalə olunub. O, bu vəzifədə “Finans Lizinq”in İdarə Heyətinə müvəqqəti sədrlik edən Elxan Həşimovu əvəz edib.
Xatırladaq ki, “Finans Lizinq” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,2 milyon manatdır. Şirkətin səhmlərinin 19%-i Tokay Şıxəlizadəyə, 18,4%-i Murğuz Tağıyevə, 16,5%-i Azad Cəbrayılova, 12%-i Sevda İbrahimovaya, yenə də 12%-i Mobil Şərifova, 8%-i Tahir Namazova, 4,5%-i Tofiq Cəfərova, 3,1%-i Azər Hacıyevə, 2%-i Elçin Tağıyevə, 1,7%-i Zakir Zeynalova, 1,5%-i Anar Bağırova, 1%-i Anar Aslanova, 0,3%-i isə Zülfüqar Niftiyevə məxsusdur.