"Qızılın 95%-ni Azərbaycan Dövlət Neft Fondu alır"
"AzerGold" QSC 2020-ci ildə 55,2 min unsiya qızıl və 103,7 min unsiya gümüş satmağı planlaşdırır. Bu barədə İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
“2019-cu ildə şirkət 59,2 min unsiya və 110,9 min unsiya gümüş ixrac edib. 2020-ci ildə bu göstəricilər 55,2 min unsiya qızıl və 103.7 min gümüş səviyyəsində proqnozlaşdırılır" deyə İbrahimov qeyd edib.
O xatırladıb ki, 2019-cu ildə AzerGold 55,2 min unsiya qızıl və 103 min unsiya gümüş hasil edib.
Z.İbrahimovun sözlərinə görə, 2019-cu ildə AzerGold 57 min unsiya qızılı Azərbaycan Dövlət Neft Fonduna satmışdır ki, bu da hesabat dövründə şirkətin ümumi satışının 95%-ni təşkil edir.
“Bu il də Dövlət Neft Fondu ilə bu istiqamətdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq. ARDNF-ə qızıl satışı, satış günü birjadakı qızılın qiyməti ilə həyata keçirilir", söyləyən Z.İbrahimov AzerGold-un nizamnamə kapitalını 2 milyon manatdan 37 milyon manata yüksətdiyini bildirib.
Xatırladaq ki, Azərbaycanda qızıl hasilatı hazırda iki şirkət tərəfindən həyata keçirilir. Bunlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılan AzerGold QSC-dir.
Şirkət Qaradağ, Çovdar, Heydərag, Dağkəsəmən, Köçnemeden bölməsi və Kuryakçay hövzəsinin qızıl və dəmir filizi hissələrinin öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə edilməsi ilə məşğuldur.