Ötən il ən çox satılan elektromobillər – TOP 10
Bütün dünya üzrə avtomobil satışı ilə məşğul olan “EV-volumes.com” portalının ekspertləri 2019-cu ildə ən çox satılan elektromobillərin reytinqini tərtib ediblər.
“EV-volumes.com”un məlumatına əsasən, bütün dünya üzrə 2019-cu ildə 2,21 milyon elektromobil satılıb. 2018-ci illə müqayisədə bu göstərici 10 % artıb. Bazarda elektromobillərin payı 2,1%-dən 2,5%-dək artıb.
Beləliklə, 2019-cu ildə ən çox satılan elektromobil brendlərini təqdim edirik:
10. “Toyota”
Reytinqi tərtib edənlər qeyd edirlər ki, elektromobillərə tələbat ən çox Çində artıb. Tələbatın artımı üzrə ikinci yerdə Avropa gəlir.
9. “Hyundai”
Cənubi Koreya avtomobil istehsalçısı “Hyundai” reytinqin doqquzuncu pilləsində qərarlaşıb.
8. “Geely”
Çinin bu avtomobil istehsalçısının elektrokarları arasında ən çox satılan “Geely Emgrand EV” modelidir.
7. “Nissan”
Bu istehsalçının ən məşhur elektromobil modeli “Nissan Leaf EV”dir.
6. “Volkswagen”
Daha bir alman markası – “Volkswagen” 2019-cu ildə ən çox satılan elektromobil markalarının reytinqində altıncı sırada yer alır.
5. “BMW”
Reytinqin beşinci pilləsində yer alan “BMW” elektromobil bazarında ciddi rəqibdir.
4. “SAIC”
Bu Çin avtomobil istehsalçısı siyahının dördüncü pilləsinə yüksəlib.
3. “BAIC”
Çin istehsalçısı 2019-cu ildə 160 251 ədəd elektromobil satmaqla reytinqin üçüncü pilləsinə layiq görülüb.
2. “BYD”
İkinci yerdə Çinin “BYD” brendi yer alıb. 2019-cu ildə ümumilikdə bu brend altında 229 506 elektromobil satılıb.
1. “Tesla”
“Tesla” birinci il deyil ki, elektrokarların ən məşhur brendlərinin reytinqində liderlik edir. 2019-cu ildə “Tesla” brendi altında 367 820 avtomobil satılıb. Ən məşhur model “Tesla Model 3”dür.