Hadisə

DTX-nın həbs etdiyi qadın YAP-ın deputatlığa namizədi idi - FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Neftçala rayonunda saxladığı vəzifəli şəxslər arasında 9 fevral 2020-ci il parlament seçkilərində iştirak etmiş deputatlığa namizəd də var.

ENA.az saytı Modern.az-a istinadən xəbər verir ki, bu şəxs Neftçala rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqovadır. 

O, həmçinin YAP Neftçala rayon təşkilatı Qadınlar Şurasının sədridir. Gültəkin Sadıqovanın namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 61 saylı Neftçala seçki dairəsindən irəli sürülmüşdü. Həmin dairədən seçkilərin qalibi xalq şairi Sabir Rüstəmxanlı olub.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)