Aqrar

Azərbaycandan Rusiyaya 1 ayda 10 min tondan çox pomidor göndərilib

2020-ci ilin yanvar ayından Azərbaycandan 13 milyon 249 min dollar dəyərində 10 min 611 ton pomidor ixrac olunub. Pomidorun 99%-i Rusiyaya göndərilir.

ENA” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin Yanvar ayı ilə müqayisədə pomidor ixracı miqdar ifadəsində 1497 ton və ya 16,4%, məbləğ ifadəsində isə 2 milyon 759 min dollar və ya 26,3% artıb.

2019-cu il ərzində Azərbaycandan 189 milyon 292 min dollar dəyərində 174 min 548 ton pomidor ixrac olunmuşdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)