TURİZM

62 milyon dollardan səyahət turu - 2021-DƏ BAŞLAYIR

“SpaceX” və “Space Adventures” kosmos turizm şirkəti 2021-ci ildə turistləri dünya orbitinə aparacaq səfərlərə start verəcəyi barədə elan edib.

Turistlər “Crew Dragon” adlı kapsulda səyahət edəcəklər.

“SpaceX” rəhbəri Qvinn Şotvell “Space Adventures” şirkəti ilə əməkdaşlığa dair bunları söyləyib: “Bu tarixi vəzifə onu xəyal edən bütün insanlar üçün kosmos uçuşunu mümkün edəcək. “Space Adventures” komandası ilə bu vəzifəni yerinə yetirməkdən qürur duyuruq”.

Q.Şotvell bildirib ki, səyahətin müddəti müştərilərin istədikləri qədər olacaq.

Qeyd edək ki, 1998-ci ildə yaradılan “Space Adventures” şirkəti indiyədək Rusiyanın “Soyuz” kosmik raketlərində Beynəlxalq Kosmos Stansiyasına (ISS) 7 turist göndərib.

“SpaceX” şirkəti isə “Crew Dragon” kosmik gəmisində səyahət edən turistlərin sayının həmişəkindən daha çox, yəni 4 nəfər olacağını vurğulayıb.

“Crew Dragon” kapsulunda kosmosa səyahətin turistlər üçün nəzərdə tutulan məbləği barədə dəqiq məlumat hələlik verilməsə də, qiymətin 62 milyon ABŞ dollarından baha olacağı gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)