46 minə yaxın şəxsin pensiyası 35% artacaq
"2019-cu ildə 45 500 insanın pensiyası 35 faiz artacaq".
"BI" xəbər verir ki, bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, gələn il həmçinin 38 min şəxsin aylıq gəliri 48% artacaq: "Pensiya təyinatının avtomatlaşdırılması hər il 67 min pensiya alan şəxsin həyatını yüngülləşdirəcək. Artıq pensiyaların təyin olunması avtomatik qaydada aparılacaq, vətəndaşlarımızın Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə getmələrinə ehtiyac qalmayacaq".