“AzNar” 2 yeni şirkət yaratdı

Vergilər Nazirliyi “AzNar Travel” və “AzNar Ferma” MMC-ləri dövlət qeydiyyatına alıb.
“ENA” xəbər verir ki, hər iki şirkət Teymur Əhmədov adına “AzNar” QSC ilə, demək olar ki, eyni hüquqi ünvanda – Göyçay şəhəri, Natəvan küçəsi, 124-də qeydiyyatdan keçiblər.
Onların nizamnamə kapitalı müvafiq olaraq 1 000 manat və 100 manat, qanuni təmsilçiləri isə Səfər Azər oğlu Səfərov və Fuad Asim oğlu Seyidovdur.