Elman Rüstəmov: “Yeni parlamentdən qanunvericiliyin təkmilləşdirilməsini gözləyirik”
![](https://ena.az/uploads/news/2020-02/_ena_ee1345432dbb452f412306e05_o.jpg)
"Milli Məclis ölkədə həyata keçirilən iqtisadi islahatlar çərçivəsində büdcə siyasəti ilə bağlı qanunvericilik bazasının formalaşmasında mühüm rol oynayır".
"ENA" xəbər verir ki, bunu 23 saylı Nəsimi-Səbail seçki dairəsindəki 4 saylı məntəqəsində səs verən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
"Yeni parlamentdən də iqtisadi inkişafımızın yeni bir mərhələsinə uyğun olaraq qanunvericiliyin təkmilləşdirilməsini gözləyirik", - o qeyd edib.