Vakansiyalar

SMTS MMC işçi axtarır - MAAŞ 1500-2000 MANAT

Konstruktor

Vəzifə öhdəlikləri:

- Konstruktiv hesabatların aparılması, İnşaat konstruksiyalarının (metal, dəmir-beton konstruksiyalar), Nəqliyyat qurğularının (dəmiryolları, avtomobil yolları, aerodromların uçuş-enmə zolaqları, körpülər və yolötürücüləri, dəmiryolu tunellərinin, metro stansiyaları və tunellərinin, magistral boru kəmərləri, rezervuarlar), Hidrotexniki və meliorasiya qurğularının dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və layihələndirilməsi, Layihələrin xüsusi bölmələrinin işlənməsi, Bina və qurğuların texniki vəziyyətinin müayinəsi;
- Ekspertizanın iradlarına əsasən layihələin revizya olunması, dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların, sənaye və mülki tikintilərinin, layihələndirilməsi;
- Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
- Sifarişçilərlə birlikdə layihə üzrə texniki tapşırıqların işlənib hazırlanmasına, eskiz və işçi layihələrinin müvafiq qaydada hazırlanmasına iştirak edir;
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməlidir;
- Proqram vasitəsi ilə metal konstruksiyaların, avadanlıqların və məmulatlarının 3D modellərinin işlənib hazırlanması;
- Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması;
- Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlələr vermək;
- İşçi layihələrini yoxlanması;
- Metal konstruksiya və avadanlıqlar üzrə statik hesabatların tərtibi;
- Səmərələşdirici təkliflərin baxılmasında və işçi cizgilərinin işlənməsi zamanı səmərələşdiricilərə köməyin göstərilməsində iştirak edir. Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir;
- Təhlükəsizlik və ətraf mühitin qorunması standartlarının tələblərinə əməl etmək, daxili əmək intizamı qaydalarını, əməyin təşkilinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl etmək.

Namizədə olan tələblər:

- İnşaat sahəsində Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi)
- Konstruktor olaraq ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (yüksək mərtəbəli binalarının tikintisində iş təcrübəsi
olan namizədlərə üstünlük veriləcək);
- AutoCAD, Lira, Tekla Structure, Microsoft Office proqramlarını bilməli.
- Azərbaycan və ingilis dillərini əla səviyyədə bilməli;
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Analiz və idarəetmə bacarığ.

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-50
- Əmək haqqı 1500-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 1 saat)

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “Konstruktor” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department