BİZNES

İtaliyalı iş adamları Azərbaycana gəlir

İtaliyanın kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 12 şirkətinin nümayəndəsi fevralın 14-də Bakıya səfər edəcək.

ENA” İtaliya mətbuatına istinadən xəbər verir ki, bunlar ölkənin Nuoro vilayətindən olan sahibkarlar olacaq, Bakıda iri idxalçı və distribütor şirkətlər şəbəkələri ilə təkbətək (B2B) işgüzar görüşlər keçirəcəklər. 

İş adamlarının Azərbaycana səfəri fevralın 10-14-də Moskvada (Rusiya) təşkil ediləcək “Prodexpo 2020” beynəlxalq sərgisi yekunlaşandan sonra baş tutacaq. 

Bakıdakı sərgi İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək. Sərgidə qida məhsullarınən, o cümlədən spirtli içkilərin istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkəti məhsullarını “Made in Azerbaijan” adlı vahid ölkə stendində təqdim edəcək. Azərbaycan sahibkarları ixrac barədə müzakirələr aparacaqlar.

2019-cu ildə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin dəyəri 6 008,5 milyon ABŞ dollar təşkil edib. Bu, bütün ticarət dövriyyəsinin 18%-i deməkdir. 

Ötən il Azərbaycan İtaliyaya 5 638,6 milyon ABŞ dolları dəyərində mal ixrac edib, bu ölkədə 369,9 milyon ABŞ dolları dəyərində mal idxal edib. İtaliyaya ixrac ümumi ixracda 28,7%, bu ölkədən idxal isə ümumi idxalda 2,7% paya malik olub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)