Sosial iqtisadiyyat

1 milyon 120 minə yaxın insanın pensiyası artırıldı - RƏSMİ AÇIQLAMA

Ötənilki və hazırkı pensiya artımları üzrə pensiyaçılara illik əlavə bir milyard manat ödəniləcək.

ENA.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazir Sahil Babayev Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli sərəncamına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, son 16 ildə orta aylıq əməkhaqqı 11 dəfə, orta aylıq pensiya səkkiz dəfə, həmçinin, müavinət və təqaüdlər dəfələrlə artırılıb:

“Pensiyalarda ciddi artım nəticəsində 2019-cu ildə Azərbaycanda pensiyaların orta aylıq məbləği 15 faiz, median pensiya məbləği 54 faiz artıb.  Əgər ötən ilki pensiya atımı 750 mindən çox pensiyaçını əhatə etdisə, hazırkı artım sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıların, yəni 1 milyon 120 minə yaxın insanın pensiyasına şamil olunur. 

Digər tərəfdən, 2019-cu ildəki pensiya artımları illik 450 milyon manat vəsait tələb edirdisə, hazırkı artım 560 milyon manat vəsaitin əhaliyə ödənilməsi ilə nəticələnəcək”. 

S.Babayev qeyd edib ki, artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)