Sənaye

SOCAR-ın Türkiyədəki şirkəti satıldı - MÜQAVİLƏ

“SOCAR Turkey LNG” şirkətinin səhmlərinin 100 faizi satılıb.

ENA.az xəbər verir ki, “Naturelgaz” şirkəti “SOCAR Turkey”in maye qaz (LNG) və sıxılmış təbii qaz (CNG) paylama əməliyyatlarını təhvil alır. Belə ki, “Naturelgaz” “SOCAR Turkey LNG” şirkətinin səhmlərinin 100 faizini almaq üçün müqavilə imzalayıb. Müqaviləni “Naturelgaz”ın baş meneceri Hasan Tahsin Turan və “SOCAR Turkey”in daxili satış və marketinq üzrə direktoru Fuad İbrahimov imzalayıblar.

Satınalma əməliyyatı Türkiyənin əlaqədar qurumları tərəfindən təsdiqləndikdən sonra tamamlanacaq. Daha sonra “Naturelgaz” və “SOCAR Turkey LNG”nin “Naturelgaz”ın tərkibində fəaliyyət göstərməsi planlaşdırılır.

“Naturelgaz” 2019-cu ildə 167 milyon kubmetr CNG tədarük edib. “SOCAR Turkey LNG”nin isə il ərzində CNG və LNG tədarükü 35,4 milyon kubmetr olub.

Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)