BİZNES

“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti haqqında hər şey

Xaricdə təhsillə məşğul olan “American IDream” şirkətinin təsisçisi Nigar Əliyeva ilə müsahibə:

– America IDream şirkəti və Bakıdakı nümayəndəliyiniz haqqında ətraflı məlumat verərdiniz.

– “Amerika IDream” şirkəti mənim tərəfimdən ABŞ-da təsis edilib – baş ofisimiz Nyu-Yorkda, bütün dünyada məşhur olan Wall Street küçəsində yerləşir. Biz məhz bu məkanda baş ofisi olan yeganə şirkətik. Bir Azərbaycan xanımı olduğum üçün Bakıda da nümayəndəlik açmaq qərarına gəldim, ümumiyyətlə isə şirkət keçmiş Sovet ölkələrinin əksəriyyətindən gələn müraciətlərlə işləyir.

Biz xaricdə – ABŞ, Kanada, Böyük Britaniya, Avropa və ümumiyyətlə bütün dünyada təhsillə məşğul oluruq. Bir Amerika şirkəti olaraq xaricdə təhsilə əməkdaşlıq əsasında müəyyən endirimlər əldə edirik və çalışırıq ki, tələbələrimiz təhsildən başqa, imkan daxilində xarici şirkətlərdə təcrübə keçsinlər. Bu, peşəkar təcrübədən başqa, xarici dili də təkmilləşdirməyə kömək edir.

Mənim fikrimcə, təhsil, təlim və təcrübə hər kəsə lazımdır, çünki nəticədə vətənə qayıtdıqdan sonra bilik və bacarıqlarınızı ölkənin və peşəkar karyeranızın rifahı naminə həyata keçirə bilərsiniz.

– Sizin şirkətin əsas missiyası, onun fəaliyyətinin əsas prinsipləri nədən ibarətdir?

– İşimizin əsas prinsipi – xaricdə təhsil almaq istəyən hər kəsə hərtərəfli yardım göstərmək və təhsil haqqına mümkün olan ən maksimal endirimi təmin etməkdir.

Biznesə başlamazdan əvvəl uzun müddətli şəxsi tədqiqatlarımın nəticəsində mənə məlum oldu ki, günü bu gün də ABŞ, Kanada, Böyük Britaniya, Avropa ölkələrində viza almaq üçün şirkətlərə, nə qədər qəribə olsa da, inanıb, hətta külli miqdarda pul ödəyən insanlar var.

Bu, məni məyus etdi, çünki viza və miqrasiya alışı, sifarişi və s. kimi bir məfhum sadəcə olaraq yoxdur. İnsanları konsulluqla əlaqənin olduğuna inandıraraq onları aldadıb külli miqdarda pullar alan dolandırıcı şirkətlərə qarşı Amerikanın və Konsulluğun təmiz və doğru adını qorumaq və aldadılan insanların hüquqlarının qorunması naminə fəaliyyətə keçmək qərarı verdim.

Hər kəsin heç bir konsulluğun rüşvət almadığını və insanları aldadaraq, bu şəkildə, pul qazanmaq üçün konsulluğun adından istifadənin – qeyri-qanuni olduğunu anlamasını istəyirəm.

Çünki insanlar gələcəkdə həyatlarını qurmaq üçün əziyyətlə pul qazanırlar, bəzi şirkətlər isə soyuqqanlı şəkildə onlara yalan söyləyir, pul alıb və yox olurlar. Həmin o insanlara isə geriyə yalnız inandıqları gözəl bir nağıl qalır.

– Hansı təhsil müəssisələri ilə əməkdaşlığınızın olduğu barədə daha ətaflı danışardınız.

Dünya üzrə bir çox təsil müəssisələri ilə rəsmi əməkdaşlığımız vardır. Qeyd edim ki, nə ABŞ-da, nə Kanadada, nə də Avropa ölkələrində başqa ölkələrin tələbələrinə qarşı ayrı-seçkilik yoxdur və tamamilə bütün müəssisələri dünyanın müxtəlif yerləindən tələbələri qəbul edirlər.

– Məktəblilər və tələbələrlə iş necə qurulur – mərhələli şəkildə izah edin, sizə müraciət etmək üçün nə etmək lazımdır və daha sonrakı etaplar nədir?

– Adətən, bizə müraciət edərkən, ilk etdiyimiz şey tam təmənnasız ətraflı konsultasiyadır. Birincisi, tələbənin onun gələcəyi ilə bağlı mövqeyini öyrənmək vacibdir – əgər o, real olaraq təhsil almaq istəyirsə, sonrakı mərhələ bu gələcək tələbənin büdcəsinə uyğun birgə proqram seçimidir.

Daha sonra sistemdə bütün parametrlər üzrə uyğun olan, tələbənin büdcəsinə uyğun qiymət təklif edən, eləcə də təcrübə imkanı yaradan müəssisə tapırıq. Daha sonra isə qeydiyyat prosesi gedir, bundan sonra tələbə təhsil müəssisəsindən dəvətnaməsini alır və hər kəs kimi konsulla müsahibəyə gedir.

Konsul vizanı təsdiq etdiyi halda, tələbənin istəyinə görə onu xaricdə yaşamaq üçün yer ilə təmin edirik, və o, təhsil almağa göndərilir, xaricdə təhsil aldıqdan sonra isə vətənə qayıdır. Qeyd edim ki, tələbə vizası immiqrant vizası deyil və tələbə təhsilini bitirdikdən sonra vətənə qayıtmalıdır.

Xüsusi qeyd edim ki, birmənalı olaraq müraciət edən hər bir vətəndaşa peşəkar konsultasiya aparılır. Yuxarıda qeyd etdiyim kimi, şirkətimizin təqdim etdiyi konsultasiya tələbənin istək və büdcəsini nəzərə alaraq fərdi qaydada, onun individual vəziyyətinə əsaslanaraq keçirilir.

– Şirkətiniz maksimal endirimli qiymətlər və ən sərfəli şərtlər təklif edir – buna necə nail olmusunuz?

– Amerika şirkəti olaraq çalışırıq ki, universitetlərlə təhsil haqqının minimuma endirilməsi barədə ortaq bir razılığa gələk və deyim ki, konsuldan vizaya təsdiq almamış tələbələrdən təhsil haqqını əvvəlcədən alan şirkətlərin olduğunu öyrənəndə mən şəxsən çox təəccübləndim.

Qeyd edim ki, çox nadir hallarda universitetlər və dil kursları tələb edir ki, tələbə viza təsdiq olunmamışdan öncə ödəniş etsin. Bəli, ödəniş əvvəlcədən həyata keçirilə bilər, lakin bu, kiçik bir depozitdir, bütün təhsil haqqının əvvəlcədən tələb olunması çox nadir hallarda olur.

Mən bir çox şirkətin tələbələrdən təhsil üçün bütün məbləği aldıqlarını, üstəlik, müəyyən faizin təhsil müəssisəsi tərəfindən geri qaytarmadığı kimi yalan fikirləri irəli sürdüklərini biləndə sadəcə şok oldum, çünki belə bir şey yoxdur və bütün bu pullar həmin dolandırıcı şirkətlərin cibinə gedir.

Aldadılan insanların adına böyük məyusluq hissi keçirdim və bu kimi halların aradan qaldırılmasını qarşıma məqsəd qoydum. Bunun nəticəsidir ki, bu gün America Idream sayəsində müraciət edən ölkələrin sakinləri anlayırlar ki, ciddi şəkildə riayət edilməsi lazım olan qanun və qaydalar vardır və təhsildən heç bir anlayışı olmadığı təqdirdə miqrasiya vəd edən insanlardan qorunmaq lazımdır.

– Azərbaycanlı tələbələrin xarici universitetlərə daxil olması ilə bağlı şirkətinizin statistikası necədir?

– Ali məktəblərə 100 faizlik qəbul! Mən çox istəyirəm ki, insanlar bir şeyi anlasınlar, ali məktəbə daxil olmaq viza almaq demək deyil. Dilemma məhz elə burdadır – viza konsul tərəfindən təsdiq olunur, lakin onun verilməsində, təbii ki, sizin düzgün hazırladığınız rol oynayır. Bank hesabı haqqında çıxarış təqdim etməklə və bir dəvətnamə almaqla dərhal viza əldə edə biləcəyini düşünənlər var ki, bu tamamilə yanlış bir yanaşmadır.

İnanın, bu kifayət deyil – konsul hər şeydən öncə işinin peşəkardır, lakin adətən, kimsə vizaya imtina aldıqda dərhal konsulun ünvanına ittihamlar yağdırır.

Adi bir misal gətirim – iş mövqeyinə yaxın vaxtlarda Maldiv adalarına uçmalı olan iki nəfər müraciət edir. Hər ikisi də geri dönəcəyi barədə vədlər edir – biri saxta sənədlər təqdim edərək, and-aman edir, digəri isə işəgötürənin onun mütləq geri dönəcəyini anlaması üçün tutarlı əsaslar və səbəblər ortaya çıxarır. Və, əlbəttə, nəticədə, sonda geri qayıdacağı barədə tutarlı sübutları gətirib çıxaran insan işə qəbul edilir.

Konsulluq da təxminən eyni cür fəaliyyət göstərir – əgər tələbə və ya turist özünü və sənədlərini konsulluğa düzgün şəkildə təqdim edə bilmirsə, niyə vizada imtina aldığı zaman konsulu günahlandırır, axı onlar da bir işçi olaraq öz vəzifə borclarını yerinə yetirirlər. Mənim məsləhətim – belə məsələlərlə  bağlı həmişə peşəkarlarla məsləhətləşin.

– Bu gün azərbaycanlı tələbələr arasında təhsildə hansı istiqamət daha populyardır?

– Tələbələrimizin əksəriyyəti İT və qrafik dizaynı seçir ki, bu da məni çox sevindirir. Bu gün Azərbaycan gəncləri çox ağıllıdır və karyeranın həyatın mühüm tərkib hissələrindən biri olduğunu anlayırlar, bu çox qürurverici və sevindirici bir haldır.

American IDream haqqında ətraflı məlumatı rəsmi internet saytından əldə etmək olar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)