Sənaye

Neftin ucuzlaşması Azərbaycan daxil neft ölkələrinə baha başa gələ bilər

"Vanda Insights" şirkətinin qurucusu Vandana Hari, koronairusun ortadan qalxmasını gözləməyin Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və ortaqlarına baha başa gələ biləcəyini nəzərdə tutur. 

"ENA" xəbər verir ki, Hari, "Xam neft ehtimalla, koronavirus təhlükəsi ortadan qalxana ya da OPEC + koalisiyası hasilatı daha çox azaldana qədər tələb narahatlıqları ilə düşməyə davam edəcək. Virusun ortadan qalxmasını gözləmək OPEC və ortaqlarına baha başa gələ bilər",- "Bloomberg"ə deyib. 

Bu dəqiqələrdə ABŞ xam nefti 49 dollar, Brent nefti isə 54 dollar səviyyələrindən alıcı tapır.

Qeyd edək ki, Azərbaycan da OPEC ilə hasilatın azaldılması qərarına ortaqdır. Qiymətlərin düşməsi neft istehsal edən bir çox dövlətin valyuta ehtiyatlarının azalmasına və büdcə xərclərinin yerinə yetirilməsində çətinliyə səbəb ola bilir.

Koronavirusa görə neftə tələb azalır və qiymətlər düşür. Səudiyyə Ərəbistanı qiymətlərin düşməsilə mübarizə aparmaq üçün hasilatın daha da azaldılmasını təklif edir. Rusiya isə Səudiyyə Ərəbistanının istəyinə qarşı çıxır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)