Azərbaycanın 2 balıq şirkəti bölünür
Eyni ünvanda (Neftçala şəhəri, Heydər Əliyev prospekti17) fəaliyyət göstərən “Oriyad balıq” ASC və “Neftçala balıq-əmtəə” ASC-nin səhmdarlarından biri cəmiyyətlərdən ayrılır.
11 mart 2020-ci il tarixində “Oriyad balıq” ASC və “Neftçala balıq-əmtəə” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Hər iki ASC-nin yığıncağının gündəliyi aşağıdakı məsələlərdən ibarətdir:
1. Səhmdarın cəmiyyətdən ayrılması barədə və yeni hüquqi şəxsin yaradılması.
2. Səhmdar cəmiyyətin nizamnamə kapitalının azaldılması və nizamnaməyə edilmiş dəyişikliklərin təsdiqi.
3. Yeni yaranmış MMC-nin nizamnaməsinin, bölünmə balansının və təhvil aktının təsdiqi.
4. Dəyişikliklərlə əlaqədar sənədlərin hazırlanması, imzalanması və bütün bu işlərlə bağlı səlahiyyətli şəxslərin təyin edilməsi.
9 dekabr 2019-cu il tarixində Neftçala şəhər mədəniyyət evində “Oriyad balıq” ASC və “Neftçala balıq-əmtəə” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcəyi bildirilmişdi. Hər iki cəmiyyətinin yığıncağının gündəliyinə -Nizamnamənin yeni redaksiyada qəbul edilməsi, ASC-nin nəzarət və idarə orqanlarının formalaşdırılması, Dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün səlahiyyətli şəxslərin müəyyən edilməsi və Cari məsələlərin müzakirəsi daxil idi.