Dövlət Fondu layihələndirilmə işlərinə 528 min manat ayırdı
![](https://ena.az/uploads/news/2020-02/_ena_93f77c753a6b1b58ca200273b_o.jpg)
1008 ailəlik yaşayış məhəlləsi 528 min manata layihələndiriləcək.
Sumqayıt şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Abşeron rayonu ərazisində zəruri sosial-texniki infrastrukturu olan 1008 ailəlik yeni yaşayış məhəlləsi tikiləcək.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) Abşeron rayonunda yaşayış kompleksinin layihələndirilməsini “Arxin-M Ltd” MMC şirkətinə tapşırıb. Fond və Şirkət arasında bağlanılmış müqavilənin məbləği 528 min 11 manatdır.