Tenderlər

“İçərişəhər” qoruğu pişiklərin yemlənməsinə 12 min pul xərcləyəcək

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yeddi ədəd pişik evciklərinin pişik yemləri ilə illik təmin olunmasna 12 min 149,28 manat pul xərcləyəcək.

ENA.az xəbər verir ki, Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində olan yeddi ədəd pişik evciklərinin pişik yemləri ilə illik təmin olunması ilə bağlı elan etdiyi tenderin qalibi müəyyən olunub. Bu, fiziki şəxs Əfəndiyev Elnur Əbülfət oğludur.

Bunun üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi fiziki şəxsə 12 min 149.28 manat vəsait ödəyəcək.  

 

 

İndex.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)