Sığorta

Rüstəmov: Əhalinin əmanətlərinin yeni sığortalanması sistemi hazırlanıb

Azərbaycan Mərkəzi Bankı əhalinin bank əmanətlərinin sığortalanmasının yeni modelini hazırlayacaq. Bunu AMB-nin sədri Elman Rüstəmov deyib.

“Hazırda biz əmanətlərin sığortalanmasının yeni modeli üzərində işləyirik. Hesab edirik ki, bu sistem yumşaq formada və mərhələli şəkildə tətbiq olunmalıdır”, - Rüstəmov cümə günü mətbuat konfransında bildirib.

E.Rüstəmovun sözlərinə görə, devalvasiyadan sonra "Əmanətlərin panikası"nın qarşısını almaq üçün cənab prezident vaxtında müdrik addım ataraq, bu qanunu qəbul edib. bu gün isə ölkədə ciddi makroiqtisadi sabitlik mövcuddur. Bunu əsas zəmin hesab edərək, sığorta sistemində yeniliklərin olunması mümkündür: 

"Məsələn 30 min manat limit kifayət etməyə bilər". 

Qeyd edək ki, əmanətlərin tam həcmdə sığortalanması ilə bağlı qanunun vaxtı bu ilin martında bitir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)