İnşaat və əmlak

Tbilisidə məşhur bina satışa çıxarılır

Tbilisidə “Rike Park” ərazisində yerləşən sürahi formalı tikili auksiona çıxarılacaq.

Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava məlumat verib.

O bildirib ki, “Biznesə 100 investisiya təklifi” adlı dövlət proqramı çərçivəsində özəlləşdirməyə çıxarılacaq binanın ilkin dəyəri 95 milyon lari müəyyənləşdirilib.

Qeyd edək ki, ümumi sahəsi 15 000 kvadrat metr olan şüşə və dəmir konstruksiyalı bina hazırda istifadəsizdir.  Bina İtaliyanın “Studio Fuksos” şirkəti tərəfindən dizayn edilib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)