Statuslar

Pensiyalar nə qədər artacaq?

Pensiyalar nə qədər artacaq?
 

Siravi vətəndaşların həsrətlə gözlədiyi mühüm xəbərlərdən biri də pensiyalarının bu il nə qədər artacağı qərarıdır. Xatırladaq ki, 2019-cu ilin əvvəlinə pensiyaçıların sayı 1 milyon 296 min nəfər olub. Yəni gözləyən kifayət qədər böyük sosial qrupdur.


Təxminən 1 həftə sonra 2020-ci il üçün Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam təsdiqlənəcək. Bu sərəncamla 2020-ci ilin yanvar ayının 1-dən etibarən əmək pensiyalarının nə qədər artırılacağı faizi məlum olacaq. Qeyd edək ki, indeksləşmə pensiyaların sığorta hissəsinə tətbiq edilir. Amma bu dəfəki sərəncamda 2 göstərici öz əksini tapacaq. Çünki, bu ilin iyul ayında “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliyə əsasən artıq indeksləşmədə iki göstəricidən (orta yalıq əmək haqqının artım səviyyəsi və infliyasiya göstəricisi) istifadə ediləcək. Belə ki, vətəndaşların fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı (Məcburi Dövlət Sosial Sığorta Haqqı üzrə fərdi hesabda toplanan vəsait) istehlak qiymətləri indeksinə (infliyasiya) faktiki pensiya alanların pensiyalarının sığorta hissəsi isə orta aylıq əmək haqqının artım tempinə uyğun aparılacaqdır.
 

2019-cu ilin yanvar-noyabr aylarının statistik nəticələrinə görə orta aylıq əmək haqqı 15.4 faiz artıb. Dekabr ayında müvafiq göstəricinin nisbətən azalacağı ehtimal olunsa da, artım səviyyəsinin 14-15 faiz ətrafında olacağı proqnozlaşdıra bilərik. Yəni, pensiyaların ən az 14 faiz artacağı gözlənilir.
 

Lakin, bu gün çalışaraq MDSSH ödəyən vətəndaşların fərdi hesablarında toplanan vəsait isə 2.6 faiz, yəni infliyasiya səviyyəsinə uyğun indeksləşdiriləcək. Başqa sözlə Sizin sığorta hesabınızda 5000 manat vəsait toplanıbsa, 130 manat artaraq olacaq 5130 manat. Hansı ki, əvvəlki qaydalarla bu gösətrici 14-15 faiz artaraq olmalı idi 5700-5750 manat.
 

Maraqlı məqam da elə burada ortaya çıxır. 2017-ci ildə qanunvericiliyə edilən dəyişikliyə əsasən pensiyaların və pensiya kapitalının indeksləşdirilməsi infliyasiya səviyyəsinə uyğun deyil, orta aylıq əmək haqqının artımı tempinə uyğun həyata keçirilməsi qərarlaşdırıldı. Hansı ki, həmin vaxt bunun doğru olmadığı haqqında fikirlərimizi media vasitəsi ilə qəraqəbuledicilərin diqqətinə çatdırmaq istədik. Çünki, əksər ölkələrdə də bənzər indeksləşmə inliyasiya səviyyəsinə uyğun aparılır ki, pensiyaçının alıcılıq qabiliyyəti zəifləməsin. İndeksləşdirmənin mahiyyəti də məhz bundan ibarətdir. Ancaq, 2019-cu ili ərzində qəbul edilən sosial poketlərin orta aylıq əmək haqqı səviyyəsinə təsirlərini nəzərə alan hökumət çox sakit şəkildə qanunun müvafiq bəndinə kiçik düzəliş edərək bu gün muzdla çalışan insanlarda da daxil olmaqlar vətəndaşların fərdi hesablarının sığrota hissəsində toplanan vəsaitin infliyasiya səviyyəsinə uyğun, yəni daha aşağı səviyyədə indeksasiya edilməsinə qərar verdi.
 

Bu kimi davranışlar qəbuledilməzdir. Çünki, pensiya sistemi uzunmüddətli dövrdə proqnozlaşdırıla bilən olmalıdır. Əks halda sistemə güvənməyən vətəndaş sığorta ödənişlərində, əmək münasibətlərinin leqallaşmasında maraqlı olmayacaq. Həmçinin, bu eyni zamanda o anlama gəlir ki, sabah infliyasiya səviyyəsi daha yüksək olanda qanuna edilən dəyişilliklə yenidən indeksləşmə faizi dəyişdirilə bilər.
Ümumiyyətlə isə, daha yaxşı olar ki, “Vergi Məcəlləsi” və “Əmək pensiyaları haqqında” qanunlara sahibkarın və yaxud vətəndaşın əleyhinə dəyişiklik edidikdə, yeni qaydaların tətbiqinə ən az iki il sonra başlanılsın.
Belə....

 

Rəşad Həsənov 
İqtisadçı

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department