Tofiq Qasımov vəfat etdi
Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Qasımov vəfat edib.
“ENA” xəbər verir ki, bu barədə “Müsavat”çı Tofiq Yaqublu məlumat yayıb. O bildirib ki, Tofiq Qasımov mühacirətdə dünyasını dəyişib.
Qeyd edək ki, o, AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycanın Xarici İşlər naziri olub. 81 yaşlı Tofiq Qasımov İsveçrədə mühacir həyatı yaşayırdı.