Vergidən yayına bilməyəcəksiniz – YENİ KASSALAR GƏLİR
2019-cu ildən başlayaraq onlayn kassa-nəzarət aparatları tətbiqi nəzərdə tutulur.
“BI” xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov deyib.
Eləcə də bax: Nazir Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin detallarını açıqlayıb
Nazirin sözlərinə görə, bu istiqamətdə islahat nəticəsində olunacaq yeniliklə pərakəndə ticarət və xidmət sektorunda baş verən istənilən ödənişin ani şəkildə onlayn sistemdə əks etdirilməsi, yüklənilməsi və beləliklə hər hansı bir pozuntunun, dövriyyənin gizlədilməsi, həmin “kölgə iqtisadiyyatı”nda qalan ticarət dövriyyələrinin gizlədilməsi mümkünsüz olacaq. Təbii olaraq bu, vətəndaşlardan da fəal vətəndaş mövqeyini tələb edir. Çünki bu, nəticə etibari ilə vətəndaşların hüquqlarının qorunmasına, büdcə vəsaitlərinin ödənilməsinin təmin edilməsinə yönəldilmiş bir addımdır”, - deyə nazir vurğulayıb.