İş gününü daha xoşagələn etməyin - 10 YOLU
- Gününüzə müsbət düşüncə ilə başlayın
Ağlınızda müsbət düşüncələrin “kitabxanası” olduğu halda müsbət düşüncə tərzinə riayət etmək daha asan olacaqdır və əgər gün istədiyiniz kimi olmasa, ondan istifadə edə bilərsiniz. Gününüzü ilham verici kitab oxumaqla başlayın (və ya dinləməkdən).
- İşinizi həyatdakı məqsədləriniz ilə əlaqələndirin
Unutmayın ki, işə getməyinizin və hazırkı rolu seçməyinizin daha dərin bir səbəbi var. Bu, ailəyə dəstək olmaq, həyatınızı dəyişdirmək, müştərilərinizə kömək etmək, vəziyyətə təsir göstərmək və s. ola bilər: motivasiya nə olursa olsun, bugünkü iş gününün hədəfin kiçik hissəsini yerinə yetirmək üçün bir fürsət olduğunu unutma.
- Yolda vaxt itirməyin, ondan istifadə etməyə çalışın
Əksər insanlar yolda xəbərləri dinləmək və ya zəng etmək, mesaj yazmaq, elektron mesajlara cavab verməklə məşğuldurlar. Halbuki, sizə ilham verən və əhval-ruhiyyənizi yüksəldəcək musiqi dinləyə bilərsiniz.
- Daha tez-tez gülümsəyin
Yəqin ki, ilk üç addımı atsanız, artıq gülümsəyəcəksiniz. Əgər yox, onda istənilən halda gülümsəyin. Ürəkdən gülümsəyin, bu sizin və ətrafdakı insanların əhval-ruhiyyəsini yaxşılaşdıracaq.
- Pozitiv düşünün
İnsanların əksəriyyəti “Necəsən?” və ya “Nə olub?” kimi suallara neytral və ya mənfi cavab verirlər. Bu kimi dialoqlar beyini uğursuzluğa düçar edir.
Bunun əvəzinə, kimsə sizdən əhvalınızı soruşsa pozitiv cavab verin, məsələn: “Fantastika!” və ya “Günü çox gözəl keçib!”.
- Əvvəlcə vacib olanını edin
Hər kəs işin çoxluğundan şikayətlənir, ancaq bunun qarşısını almaq istəmir. Unutmayın ki, göstərdiyiniz səylərin 20%-i nəticələrin 80%-ni verəcək. Buna görə ilk növbədə fəaliyyətinizin 80%-ni deyil, 20%-ni etməyə çalışın, beləliklə daha yaxşı nəticələr əldə etmiş olacaqsınız.
- Neqativ insanlardan qaçın
Əgər yuxarıda göstərilən addımları etmisinizsə, çox güman ki, ətrafınızda olan neqativ insanlar sizə “toxunmayacaqlar”, pozitiv insanlar isə əksinə – sizə qoşulub kömək etmək istəyəcəklər.
- İş vaxtından artıq işləməyin
İş vaxtından artıq işləmək pis fikirdir. Nəzərə alın ki, 1-7 addımlarını tətbiq etmisinizsə, artıq çox il görmüş sayılırsınız. Düzünü desək, çox güman ki, normadan artıq işləməli olmayacaqsınız.
- Sakitləşin və rahatlayın
İş günü bitən kimi, qalan vaxtınızı işlə əlaqəli olmayan məşğuliyyətlərə qatılın ki, yetərincə istirahət edə biləsiniz. Əgər istirahətə lazımi qədər vaxt ayırmasanız, növbəti iş gününüzü yaxşı başlaya bilməyəcəksiniz.
- Gününüzü 15 dəqiqəlik təşəkkürlə başa vurun
Minnətdar olmaq vərdişi, böyük uğura nail olduğunuza olduğuna əmin olmağın ən yaxşı yoludur. Yatmazdan əvvəl, gün ərzində baş verən yaxşı hadisələrə, nail olduğunuz yeni hədəfləri yazın və buna görə həyatınıza minnətdar olun.
Beləliklə, yuxunuz yaxşılaşacaq və yeni günə tam hazır olacaqsınız.