İnşaat və əmlak

Dövlət qurumunun avtomobilləri 4-cü dəfə 25% endirimlə HƏRR ÇIXARILIR

Azərbaycanda fevralın 25-də dövlət qurumlarının balansında olan avtomobillərin hərracı keçiriləcək.

ENA.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

Ali Məhkəmənin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır. Milli Məclisin İşlər İdarəsinin balansında olan nəqliyyat nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə satışa çıxarılır. Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının balansında olan nəqliyyat nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təqdim ediləcək. “Azəristiliktəchizat” ASC-nin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

Satışa çıxarılacaq avtomobillərin tam siyahısı ilə buradan tanış ola bilərsiniz.

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department