MALİYYƏ

Neft ucuzlaşmasa Azərbaycanda dolların məzənnəsi - 4 İL BELƏ QALACAQ

S&P Global Ratings beynəlxalq reytinq agentliyi ortamüddətli dövrdə Azərbaycanın milli valyutasının ABŞ dolları nisbətində məzənnəsinin 1,7 AZN/$1 səviyyəsində qalacağını proqnozlaşdırır, lakin neftin qiymətinin ucuzlaşacağı halda məzənnənin dəyişəcəyini mümkün hesab edir.

ENA.az məlumat verir ki, “2017-ci ilin aprel ayından etibarən mübadilə məzənnəsi ABŞ dolları üçün 1,7 manat səviyyəsində stabilləşib, bu vəziyyət hökumət tərəfindən valyuta bazarında mütəmadi müdaxilə ilə dəstəklənir. Fikrimizcə, neftin qiyməti az əlverişli olacağı təqdirdə, rəsmi orqanlar 2015-ci ildə müşahidə olunduğu kimi mühüm həcmdə valyuta ehtiyatlarının itkisinə yol verməmək üçün mübadilə məzənnəsini korreksiya edə biləcəklər”, - S&P-nin analitikləri belə hesab edirlər.

Agentliyin proqnozlarına əsasən, 2020-2023-cü illərdə manatın dollara nisbətən orta məzənnəsi 1,7 AZN/$1 təşkil edəcək.

Azərbaycan hökuməti 2020-ci il üçün əsas vəzifələrdən birinin ölkədə makroiqtisadi sabitliyin təminatı, həmçinin ABŞ dolarına nisbətən stabil məzənnənin dəstəklənməsi olduğunu hesab edirlər. Cari il üçün məzənnə proqnozu 1,7 AZN/$1 təşkil edi

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)