Avtomobil

Ən etibarlı avtomobillərin siyahısı açıqlandı

ABŞ-ın “Consumer Reports” jurnalı 3 iri region üzrə ən etibarlı avtomobillərin reytinqini tərtib edib.

"BI", Asiya regionunda rəy sorğularına əsasən, “Lexus”, “Toyota”, “Mazda”, “Subaru” və “Kia” ən etibarlı avtomobillər hesab olunub.

Avropa regionunda bu siyahıda “Audi”, “BMW”, “Mini Cooper”, “Porsche” və “Volkswagen” yer alıb.

Amerikalı istehlakçılar isə “Ford”, “Buick”, “Lincoln”, “Dodge” və “Jeep”i etibarlı hesab edib.

Bundan başqa, ekspertlər ən təhlükəsiz modellərin siyahısını tərtib edib. Bu reytinqə “Lexus GX”, “Toyota Prius C”, “Mazda MX-5 Miata” və “Subaru Crosstrek” daxil olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)