Bu ərazidə su olmayacaq
![](https://ena.az/uploads/news/2020-01/_ena_5f0cc927a425f6a1ccec236aa_o.jpg)
Bu gün Abşeron rayonunun Xırdalan şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə "ENA"ya “Azərsu” ASC-dən bildirilib.
Məlumata görə, buna səbəb şəhərdə yeni yaradılmış içməli su təchizatı infrastrukturunun şəbəkəyə qoşulmasıdır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.