Kirayə evlərin qeydiyyatına yarım saat qalsa da, sayt çökdü
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün bu gün müraciətlər qeydiyyata alınacaq. Lakin hazırda onlayn sistemdə problemlər yaranıb.
ENA.az xəbər verir ki, təxminən yarım saat sonra qeydiyyata start veriləcək və hazırda e-gov.az portalının ipoteka bölümü yüklənmə səbəbi ilə işləmir. Belə olan halda isə vətəndaşların müraciət etməsi qeyri-mümkün hala gəlib.
Eləcə də bax: Mənzillərin kirayə haqları 300 manat ətrafında olmalıdır - İQTİSADÇIDAN ETİRAZ
Qeyd edək ki, sosial mənzil sisteminin də ilk mərhələrində onlayn sistem çökdüyü üçün mənzillərin satış nəticələri ləğv edilib, təkrar satış həyata keçirilmişdi.