“Kirayə mənzillər sosial yox, biznes layihəsidir”
V çağırış Milli Məclisin deputatı Vahid Əhmədov kirayə yolu ilə ev almaq üçün elan olunan şərtlərin əlverişsiz olduğunu deyir:
“Sosial şəbəkələrdə gedən müzakirələrdən xəbərdaram. Həqiqətən də qiymətlər aztəmiantlı, evsiz əhali üçün əlçatan deyil. İlkin ödəniş üçün 7 min manat çox böyük məbləğdir.
Eləcə də bax: Azərbaycanda kirayəyə veriləcək mənzillərin - QİYMƏTLƏRİ AÇIQLANDI
Əgər bu evlər faizsiz verilirdisə, ilkin ödəniş də az olmalı idi. Yox əgər faizi də bəri başdan hesablayıblarsa, bu layihənin effektivliyi qalmır. Əvvəlcədən bildirmişdilər ki, aylıq 200-300 manat ödəməklə vətəndaş 25-30 il ərzində həmin mənzilə sahib olacaq. Amma indiki rəqəmlər heç də məsələnin əvvəldə bildirildiyi kimi olmadığını deməyə əsas verir. Çünki indiki şərtlər daxilində sosial təminatı zəif olan insanlar kirayə mənzil sahibi ola bilməyəcəklər. Ona görə də məsələyə baxmaq lazımdır”.
Eləcə də bax: Mənzillərin kirayə haqları 300 manat ətrafında olmalıdır - İQTİSADÇIDAN ETİRAZ