Azərbaycanda kirayəyə veriləcək mənzillərin - QİYMƏTLƏRİ AÇIQLANDI

Azərbaycanda kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif olunacaq mənzillərin 1 kvadratmetrinin qiyməti Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq.
Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.
Xatırladaq ki, sabah saat 10:00-dan bu mənzillər üzrə müraciətlərin qəbuluna başlanılacaq.