Vakansiyalar

Şirkət işçi axtarır- MAAŞ 800-1000 DOLLAR

Azinfo Danışmanlık ve Ticaret A.Ş -nin Azərbaycandakı Filialı olaraq bildirmək istəyirik ki, Qətər də açılacaq filialımıza aşağıdakı vəzifə öhdəliklərini və tələbləri qarşılayan namizədlər axtarış üçün sizinlə əməkdaşlıq edək.

Azinfo Şirkəti Türkiyənin İnfo Group şirkətinin bir parçası olub 4 ilə yaxındır Azərbaycanda fəaliyyət göstərir. Şirkətimizin iş sahəsi Tikililərdə su hövzələrinin, təmizlənməsi, su tankerlərinin yuyulması, flushing, su tərkibinin şərtləndirilməsi. Suda yaranmış bakteriaların təmizlənməsi kimi fəaliyyətlər göstərir. Daha ətraflı məlumat üçün www.azinfo.com.tr saytından məlumat ala bilərsiz.

Vəzifə : Satış Təmsilcisi

Vəzifə öhdəlikləri.

1. Potensial Bina və Tikililərdə satışları həyata kecirmək,
2. Müştərilərlə ilkin əlaqə və Görüşün təyin olunması,
3. Müştərilərdə yarana biləcək problemləri aşkar etmək vəya onların şikayətlərini incələmək, və şirkətin xidmətini təklif etmək,
4. Ehtiyaca uyğun vəya sifarişə uyğun təklif paketini hazırlayıb müştərilərə göndərmək.
5. Təklif paketi təsdiqləndiyi halda müştərilərlə müqavilə imzalanmasına nail olmaq.

Eləcə də bax: D Group 1000 – 1200 manat maaşla işçi axtarır - VAKANSİYA

Eləcə də bax: AS Prof Logistics işçi axtarır - MAAŞ 800-1200 MANAT

Tələblər.

1. Ali Təhsil : (Mütləq) Kimya mühəndisliyi, Ekologiya Mühəndisliyi, Kimya müəllimliyi məzunları
2. Ölkədən kənar yaşama istəyi və hər hansı maneənin olmaması
3. Xanımlara üstünlük verilir.
4. Satış qabiliyyətləri yüksək səviyyədə olmalıdır.
5. Tez öyrənmə bacarığı
6. İngilis və Türk dillərində səlis danışıq və yazışmaları apara bilməli

İş yeri .

1. Ölkədən kənar.

Şərtlər.

1. Tam rəsmi iş şəraiti- İş icazələrinin alınması, sığorta
2. Evlə və ya qalacaq yerlə təmin olunma.
3. İldə 1 dəfə Azərbaycana gediş dönüş bileti şirkət təmin edir.
4. Aylıq əmək haqqı 800-1000 USD net.

Özünə güvənən satış qabiliyyətlərinə güvənən, Gözlə görünən hər şeyi sataram deyən namizədlər samir.z@azinfo.com.tr e-mail adresinə öz CV lərini göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department